Skip to main content

Please be advised that our office will be closed from 5pm – Tuesday, 24 December, and will reopen on Thursday, 2 January 2025.

  • On this page

Şəxsi İmmiqrasiya Məlumatlarının Sızmasına dair Şikayət

Ümumi məlumat

2014-cü il 10 fevral tarixində İmmiqrasiya və Sərhəd Mühafizəsi Departamenti (Hazırda Daxili İşlər Departamenti) (Departament) səhvən öz veb səhifəsində şəxsi məlumatları ehtiva edən, saxlanma haqqında hesabat (Məlumat Sızması) yayımlayıb.

Həmin hesabatda 31 yanvar 2014-cü il tarixində immiqrasiya departamenti tərəfindən saxlanmada olan bütün 9258 nəfərin şəxsi məlumatları əks olunmuşdur.

30 avqust 2015-ci il tarixində Avstraliya Məlumat Müvəkkilinin İdarəsinə (AMMİ) Departament tərəfindən səhvən məlumatları yayımlanmış bütün şəxslərin (Birgə İddiaçılar) adından nümayəndə tərəfindən şikayət edilmişdir. Şikayətdə Departamentin üzr istəməsi və təzminat ödəməsi tələb edilirdi.

9 fevral 2018-ci il tarixində şikayətçilərin ilkin nümayəndəsinin vəkili AMMİ-ni məlumatlandırdı ki, onun müştərisi vəfat etmişdir. Müvəkkil 2018-ci il 10 oktyabr tarixində şikayətçilərin ilkin nümayəndəsini Şəxsi həyatın toxunulmazlığı haqqında 1988-ci il Qanununun 38B bölməsinin (1) bəndinə (İtt.) (Şəxsi Həyatın Toxunulmazlığı Haqqında Qanun) uyğun olaraq birgə iddiaçıların digər üzvü (şikayətçilərin nümayəndəsi) ilə əvəz etməklə bağlı qərar qəbul etmişdir. Şikayətçilərin nümayəndəsi adından "Slater and Gordon" hüquq firması çıxış edir. "Slater and Gordon" hüquq firması haqqında məlumatla onların veb səhifəsində tanış olmaq mümkündür.

2018-ci ilin 24 yanvar tarixində Müvəkkil belə bir bildirişlə (Bildiriş) çıxış etdi ki, əgər birgə iddiaçılar məlumat sızması nəticəsində itki və ya ziyanla üzləşdikləri qənaətindədirlərsə və həmin itki və ya ziyan müqabilində təzminat əldə etmək imkanı istəyirlərsə, həmin şəxslər öz itki və ya ziyanları haqqında 19 aprel 2018-ci il saat 16:00-a qədər AMMİ-yə məlumat təqdim etməlidirlər.

Bildirişi cavablandırmaq üçün son tarix 19 oktyabr 2018-ci ilə qədər uzadılmışdır. AMMİ birgə iddiaçıların bəziləri üçün həmin tarixi bir qədər də uzatmış və bütün təqdimatlar 22 aprel 2019-cu ildə yekunlaşdırılmışdır.

Qərar

2021-ci il 11 yanvar tarixində Müvəkkil, Şəxsi Həyatın Toxunulmazlığı Haqqında Qanunun 52-ci maddəsinə uyğun olaraq qərar (Qərar) verdi.

Qərarda qeyd edilir ki:

  • Departament Məlumat Sızması nəticəsində insanların şəxsi həyatına müdaxilə edən davranış nümayiş etdirmişdir; və
  • Bildirişə cavab olaraq itki və ya ziyan haqqında məlumat və/və ya dəlillər təqdim edən Birgə İddiaçılara (Birgə İddia İştirakçıları) Müvəkkil tərəfindən müəyyən edilmiş qaydada təzminat ödənilməlidir.

Müvəkkilin verdiyi qərara əsasən Birgə İddia İştirakçılarına təzminat aşağıdakı cədvəldə ( Cədvəl 1) göstərilmiş itki və ya ziyan kateqoriyalarına əsasən ödənilməlidir.

Cədvəl 1

Birgə iddiaçıların üzləşdiyi itki və ya ziyan kateqoriyaları və təxmini təzminat məbləğləri haqqında Cədvəl

Mənəvi ziyan kateqoriyası

+ Maddi ziyan

(Hər bir iş üzrə hesablama)

0

Məlumat Sızması nəticəsində yaranan itki və ya ziyanı təsdiqləyən məlumat və/və ya dəlillər təqdim olunmayıb

 

1

Məlumat sızması nəticəsində yaranan ümumi təlaş, həyəcan, narahatlıq və ya xəcalət

 

2

Məlumat sızması nəticəsində yuxusuzluq və ya baş ağrıları kimi ikinci dərəcəli psixoloji simptomlara səbəb ola və həkim müayinəsi ilə nəticələnə biləcək orta səviyyəli təlaş, qorxu, ağrı, əziyyət, iztirab və ya alçalma

 

3

Məlumat sızması nəticəsində psixoloji və ya digər zərərə səbəb ola və terapevt tərəfindən müalicə kursunun təyin edilməsi ilə nəticələnə biləcək ciddi və ya uzunmüddətli təlaş, qorxu, ağrı və əziyyət, iztirab və ya alçalma

 

4

Məlumat sızması nəticəsində psixi pozğunluğun yaranması və ya kəskinləşməsi və bu halın müalicə məqsədilə psixi sağlamlıq mütəxəssisinə yönləndirilməyə səbəb olması

 

5

Məlumat sızması nəticəsində ciddi itki və ya ziyan

 

Mənəvi ziyan kateqoriyaları

Kateqoriya 0: $0

Kateqoriya 1: $500 - $4000

Kateqoriya 2: $4001 - $8000

Kateqoriya 3: $8001 - $12 000

Kateqoriya 4: $12 001 - $20 000

Kateqoriya 5: > $20,000

Cədvəl 1 dəymiş mənəvi ziyan üçün təzminatın hesablanmasında köməklik göstərmək məqsədilə hazırlanmışdır. Bu cədvəl maddi ziyanın hesablanmasında köməklik göstərmək üçün nəzərdə tutulmayıb. Məlumat Sızması nəticəsində maddi ziyana uğradıqlarını iddia etmiş və həmin ziyanı əsaslandıran dəlilləri təqdim etmiş Birgə İddia İştirakçılarına maddi ziyan ödənilməlidir. Dəymiş maddi ziyanın həcmi fərdi qaydada hesablanacaq.

Məlumat Sızması nəticəsində itki və ya ziyan müqabilində təzminat əldə etmək üçün Birgə İddia İştirakçılarının irəli sürdüyü iddiaların qiymətləndirilməsi və yekunlaşdırılması zamanı Departament tərəfindən riayət edilməli olan proses həmin Qərar ilə müəyyən olunur.

Qısaca olaraq, proses aşağıdakılardan ibarətdir:

  • Departament hər bir Birgə İddia İştirakçısı üçün onların itki və ziyanlar barəsində təqdim etdikləri məlumatlar və/və ya dəlillərə əsaslanaraq və birgə iddiaçıların iddialarını əks etdirmək, eləcə də mənəvi ziyan müqabilində təzminatın hesablanmasında köməklik göstərmək məqsədilə tərtib edilən kateqoriyalar cədvəlinə uyğun olaraq təzminat məbləğini müəyyən edir
  • Departament təklif edilən təzminat məbləği və müvafiq dəlilləri Birgə İddia İştirakçısının və ya onun nümayəndəsinin diqqətinə çatdırır və həmin məbləğlə əlaqədar onların razılığını əldə edir
  • Departament ilə Birgə İddiaçı arasında təzminat məbləği ilə əlaqədar razılıq əldə olunmazsa, Departament təzminat məbləğini təkrar hesablaya və Birgə İddia İştirakçısı və ya onun nümayəndəsi ilə təkrar hesablanmış təzminat məbləği barəsində razılıq əldə etməyə çalışa bilər
  • təkrar qiymətləndirilmədən sonra Birgə İddia İştirakçısının Cədvəldə aid edildiyi kateqoriyaya dair tərəflər razılıq əldə edə bilmirlərsə və hər tərəfin fərqli fikirlərini dəstəkləyən müəyyən dəlillər varsa, ekspert qiymətləndirilməsi çərçivəsində əlavə məlumatlar əldə olunmalıdır (Birgə İddia İştirakçısının respondent qiymətləndirməsini və ya təkrar qiymətləndirməni (əgər varsa) qəbul etdikdən sonra 28 gün ərzində ona cavab vermədiyi halları çıxmaq şərtilə). Departament həmçinin ilkin qiymətləndirmədən sonra istənilən vaxt məsələni ekspert tərəfindən qiymətləndirməyə yönəldə bilər.

Prosesin sonunda həll edilməmiş qalan hər hansı iddialar üçün ödənilməli təzminat məbləği Müvəkkil tərəfindən elan ediləcəkdir.

Müvəkkil təyin edilmiş müddət ərzində AMMİ-yə məlumatlar və/və ya dəlillər təqdim etməyən və ya imtina irəli sürməyən Birgə İddiaçıların şəxsi həyatlarına müdaxilə nəticəsində hər hansı itki və ya ziyana məruz qaldıqlarını əsaslandırmadıqlarını müəyyən etmiş və həmin şəxslərlə əlaqədar hər hansı əlavə tədbirin görülməsini uyğunsuz hesab etmişdir.

Sual-Cavab

Qərarın mənə aid olduğuna əmin deyiləm

Əgər siz 31 yanvar 2014-cü ilə olan tarixdə Avstraliya materikində və ya Milad adasında immiqrasiya departamenti tərəfindən saxlanmada olmusunuzsa və Nümayəndə Şikayətindən imtina etməmişdinizsə, Qərar "Birgə İddiaçı" kimi sizə də şamil edilir.

Birgə İddiaçılar 31 yanvar 2014-cü il gecəyarısına olan vaxtda immiqrasiya saxlama məntəqələrində və alternativ saxlama yerlərində olan 5867 nəfər (o cümlədən materik hissəsindəki immiqrasiya saxlama məntəqələrində 3967 və Milad adasındakı immiqrasiya saxlama məntəqələrində 1900 nəfər) və eləcə də yaşayış yeri haqqında qərara əsasən icmada yaşayan 3391 nəfərdən ibarətdir.

Birgə İddiaçıların hamısı təzminat alacaq?

Xeyr.

Bildirişə cavab olaraq Məlumat Sızması nəticəsində itki və ya ziyanla üzləşdiyini təsdiqləyən məlumat və/və ya dəlil təqdim etmiş Birgə İddiaçılara Müvəkkil tərəfindən təyin edilmiş qaydada təzminat ödəniləcək.

Təyin edilmiş müddət ərzində AMMİ-yə məlumatlar və/və ya dəlillər təqdim etməyən və ya imtina irəli sürməyən Birgə İddiaçılar şəxsi həyatlarına müdaxilə nəticəsində hər hansı itki və ya ziyana məruz qaldıqlarını təsdiqləməyiblər. Ona görə də onlara təzminat ödənilməyəcək.

Mənə təzminat ödəniləcəyini necə biləcəyəm?

Bildirişə cavab olaraq Məlumat Sızması nəticəsində itki və ya ziyanla üzləşdiyini təsdiqləyən məlumat və/və ya dəlil təqdim etmiş Birgə İddiaçılara Müvəkkil tərəfindən təyin edilmiş qaydada təzminat ödəniləcək.

Əgər siz Birgə İddia İştirakçılarından birisinizsə, Departament sizə yazaraq iddianızın qiymətləndirilməsi haqqında məlumat və həmin qiymətləndirməni qəbul və ya rədd etmək üçün seçim verəcək.

Əgər siz Müvəkkil tərəfindən təyin edilmiş qaydada təzminat ödənilməli olan Birgə İddiaçılardan biri olmanızdan əmin deyilsinizsə, siz enquiries@oaic.gov.au e-poçtu vasitəsilə AMMİ ilə əlaqə saxlaya bilərsiniz.

Növbəti addımlar hansılardır?

Əgər Siz Birgə İddia İştirakçılarından birisinizsə, növbəti addım olaraq sizi məlumatlandırmaq məqsədilə Departament sizə aşağıdakılar haqqında yazacaqdır:

  • Cədvəl 1-ə istinad etməklə, iddianızın aid olduğu itki və ya ziyan kateqoriyasına dair Departamentin qiymətləndirməsi
  • mənəvi ziyan və/və ya maddi ziyan müqabilində sizə ödənilməli təzminatın məbləğinə dair Departamentin qiymətləndirməsi
  • qiymətləndirmə üçün Departamentin səbəbləri və
  • Departamentin qiymətləndirməsi ilə razılığınızı və ya narazılığınızı göstərmək üçün doldurmalı olduğunuz forma.

Departamentin qiymətləndirməsini aldıqdan sonra onu cavablandırmaq üçün sizin 28 gün vaxtınız olacaq. Əgər qiymətləndirməni nəzərdən keçirmək üçün sizə əlavə vaxt lazımdırsa, zəhmət olmasa vaxtın uzadılması ilə bağlı müraciət etmək üçün Departament ilə əlaqə saxlayın.

Departamentin qiymətləndirməsi ilə razılaşsam nə olacaq?

Əgər siz təzminat iddianızın Departament tərəfindən qiymətləndirilməsi ilə razılaşsanız, Departamentin qiymətləndirmə ilə birlikdə sizə göndərdiyi cavab formasını doldura bilərsiniz. Cavab formasında qiymətləndirmə ilə razılaşdığınızı Departamentə bildirməlisiniz və bu halda müvafiq müddət ərzində Departament razılaşdırılmış təzminat məbləğini qeyd edilmiş bank hesabınıza köçürəcəkdir. Ümumiyyətlə bu, müvafiq olaraq, hər hansı geri ödəmə öhdəliyi ilə əlaqədar Medicare-in təsdiqinə əsasən, razılıq əldə olunandan sonra 14 gün ərzində baş verir.

Geri ödəmə və bildiriş öhdəlikləri sizə təmin olunmuş, amma ödənişi Medicare tərəfindən edilmiş bəzi peşəkar xidmətlərlə bağlı yaranır. Aşağıda daha ətraflı məlumat təqdim edilmişdir. Təzminatın təyin edilməsi həmçinin sizin qəbul etməkdə olduğunuz hər hansı Centerlink ödənişlərinə də təsir edə bilər.

Siz Departamentin qiymətləndirməsini qəbul etdikdən sonra 28 gün ərzində cavab formasını Departamentə geri göndərməlisiniz.

Departamentin qiymətləndirməsi ilə razılaşmasam nə olacaq?

Əgər siz təzminat iddianızın Departament tərəfindən qiymətləndirilməsi ilə razılaşmasanız, qiymətləndirməyə olan etirazınızı bildirmək üçün Departamentin sizə göndərdiyi cavab formasını doldurmalısınız. Siz Departamentin qiymətləndirməsini qəbul etdikdən sonra 28 gün ərzində cavab formasını Departamentə geri göndərməlisiniz.

Əksər hallarda Departament təzminat iddianızı təkrar qiymətləndirəcək və həmin qiymətləndirməni qəbul və ya rədd etmək üçün sizə əlavə seçim verəcəkdir. Bəzi hallarda Departament sizin iddianızı təkrar qiymətləndirmək əvəzinə onu ekspert tərəfindən qiymətləndirmə üçün yönləndirə bilər. Departamentin təkrar qiymətləndirməsini aldıqdan sonra onu qəbul və ya rədd etmək üçün sizin əlavə 28 gün vaxtınız olacaqdır. Əgər təkrar qiymətləndirməni nəzərdən keçirmək üçün sizə yenə əlavə vaxt lazımdırsa, zəhmət olmasa vaxtın uzadılması üçün Departament ilə əlaqə saxlayın.

Əgər siz Departamentin təkrar qiymətləndirməsini cədvəldə aid edildiyiniz kateqoriya ilə razılaşmamağınız səbəbindən qəbul etmirsinizsə və hər tərəfin fərqli fikirlərini dəstəkləyən müəyyən dəlillər varsa, ekspert qiymətləndirilməsi çərçivəsində əlavə məlumatlar əldə oluna bilər. Bəzi hallarda Departament sizin iddianızı təkrar qiymətləndirmək əvəzinə onu ekspert tərəfindən qiymətləndirmə üçün yönləndirə bilər.

Departamentin qiymətləndirməsi və ya təkrar qiymətləndirməsinə cavab verməsəm nə olacaq?

Əlavə vaxt uzadılmasından asılı olaraq, əgər siz Departamentin qiymətləndirməsini aldıqdan sonra 28 gün ərzində onu cavablandırmasanız və ya Departamentin təkrar qiymətləndirməsini (əgər varsa) aldıqdan sonra 28 gün ərzində cavablandırmasanız, Departament bu barədə AMMİ-yə məlumat verəcək və Müvəkkil sizin iddianız üçün təyin edilmiş təzminat məbləğini bəyan edəcəkdir.

Ekspert qiymətləndirməsi nə deməkdir?

Ekspert qiymətləndirməsi dedikdə müstəqil bir üçüncü tərəfin həyata keçirdiyi qiymətləndirmə nəzərdə tutulur. Ekspert öz bilik və təcrübəsinə əsaslanaraq tərəflərin təqdim etdiyi dəlillər əsasında qiymətləndirmə aparır.

Ekspert(lər) necə seçiləcək?

Ekspert(lər) müstəqil olmalı və AMMİ tərəfindən müəyyən edilmiş qaydada müvafiq tapşırığı yerinə yetirmək üçün lazımi ixtisasa və təcrübəyə sahib olmalıdır.

Ekspert(lər), həm Departament, həm də "Slater and Gordon" firması (birlikdə tərəflər) tərəfindən seçilməlidir. Tərəflər ekspert(lər) barəsində razılığa gəldikdən sonra ekspert(lər)in adlarını, bioqrafiyaları, ixtisasları və təcrübələri haqqında məlumatları və eləcə də bu iş üçün yararlı olduqlarına dair qısa izahatı Məlumat Müvəkkilinin təsdiqləməsi üçün AMMİ-yə təqdim edəcəklər.

Ekspert öz qiymətləndirməsini necə həyata keçirəcək?

Ekspert Müvəkkilin qərarında qeyd edilmiş maddi və mənəvi ziyanların qiymətləndirilməsi meyarlarına uyğun olaraq öz tövsiyələrini irəli sürəcək. Müvəkkilin qərarı ilə burada tanış ola bilərsiniz.

Ekspert Birgə İddia İştirakçısının iddia etdiyi maddi və/və ya mənəvi ziyan üçün təzminat məbləğini müəyyən edəcək. Mənəvi ziyan üçün təzminatın məbləği yuxarıdakı Cədvəl 1-ə istinad olunmaqla müəyyən ediləcək.

Cədvəl 1 dəymiş mənəvi ziyan üçün təzminatın hesablanmasında köməklik göstərmək məqsədilə hazırlanmışdır. Bu cədvəl maddi ziyanın hesablanmasında köməklik göstərmək üçün nəzərdə tutulmayıb. Dəymiş maddi ziyanın həcmi fərdi qaydada hesablanacaq.

Ekspertin qiymətləndirmə prosesi kağız üzərində aparılacaq. Ekspert aşağıdakılar əsasında Birgə İddia İştirakçısına veriləsi məbləği tövsiyə edən qiymətləndirməni həyata keçirəcək:

  • bildirişin son tarixinə qədər Birgə İddia İştirakçısı tərəfindən AMMİ-yə təmin olunan itki və ya ziyan ilə bağlı məlumat və/və ya dəlil
  • Departamentin qiymətləndirməsi və səbəblər
  • Departamentin təkrar qiymətləndirməsi (əgər varsa) və səbəblər
  • Birgə İddia İştirakçısının cavab forma(lar)ında yer alan hər hansı məlumat.

Ekspert öz tövsiyəsini, eləcə də səbəbləri birbaşa AMMİ-yə, nüsxələrini isə tərəflərə göndərəcək.

Qiymətləndirməni etdikdən sonra ekspertə əlavə məlumatlar və ya dəlil təqdim etmək imkanına malik olacağam?

Xeyr.

Tərəflərin şifahi və ya yazılı şəkildə ekspertə əlavə məlumatlar və ya dəlil təqdim etmək imkanı olmayacaq.

Ekspertin qiymətləndirməsi öhdəlik yaradır?

Xeyr.

Qiymətləndirmə tövsiyə xarakterlidir və tərəflər üzərində öhdəlik yaratmır.

Mənə ekspertin qiymətləndirməsini qəbul və ya rədd etmək imkanı veriləcək?

Bəli.

Ekspertin qiymətləndirməsinə cavab olaraq məlumat və ya dəlil təqdim etmək hüququ verilməyəcək. Bununla belə, ekspertin qiymətləndirməsini qəbul və ya rədd etmək imkanınız olacaq.

Ekspertin qiymətləndirməsi ilə razılaşsam nə olacaq?

Əgər ekspertin qiymətləndirməsi ilə razılaşırsınızsa, bu barədə Departamentə bildirməlisiniz. Əgər Departament də qiymətləndirmə ilə razılaşarsa, Departament münasib müddət ərzində razılaşdırılmış məbləği sizə ödəyəcək. Ümumiyyətlə bu, müvafiq olaraq, hər hansı geri ödəmə öhdəliyi ilə əlaqədar Medicare-in təsdiqinə əsasən, razılıq əldə olunandan sonra 14 gün ərzində baş verir.

Geri ödəmə və bildiriş öhdəlikləri, sizə təmin olunmuş, amma ödənişi Medicare tərəfindən edilmiş bəzi peşəkar xidmətlərlə bağlı yaranır. Aşağıda daha ətraflı məlumat təqdim edilmişdir.

Əgər Departament və ya mən ekspertin qiymətləndirməsi ilə razılaşmasaq nə olacaq?

Əgər ekspertin iddianızı qiymətləndirməsi ilə razılaşmasanız, bu barədə Müvəkkilə məlumat verməlisiniz. Alternativ olaraq, Departament ekspertin iddianızı qiymətləndirməsi ilə razılaşmaya bilər. Hər iki halda Müvəkkil, iddianızın təzminatı məbləği ilə bağlı qərar verəcək. Bu, mümkün qədər tez bir zamanda başlayacaq və qərardan sonrakı 12 aydan gec olmayacaq.

Qərardan sonra Departament münasib müddət ərzində Müvəkkil tərəfindən müəyyən edilmiş təzminat məbləğini sizə ödəyəcək. Ümumiyyətlə bu, müvafiq olaraq, hər hansı geri ödəmə öhdəliyi ilə əlaqədar Medicare-in təsdiqinə əsasən, qərar ilə bağlı məlumatlandırmadan sonrakı 14 gün ərzində baş verir.

Şikayətçilərin nümayəndəsinin rolu nədən ibarətdir?

Şikayətçilərin nümayəndəsi AMMİ-yə birgə iddiaçıların adından məxfi şikayət edib və birgə iddiaçıların maraqlarını təmsil edir. Şikayətçilərin nümayəndəsi adından "Slater and Gordon" hüquq firması çıxış edir.

Ümumilikdə şikayətçilərin nümayəndəsi, birgə iddiaçıların iddialarını idarə etmək prosesinə, məsələn, Departament ilə ekspert(lər)in seçilməsi və Birgə İddia İştirakçıları ilə kommunikasiya şablonlarının yekunlaşdırılması kimi töhfələr vermiş olsa da və töhfə verməyə davam etsə də, şikayətçilərin nümayəndəsinin hər hansı fərdi iddiada hər hansı rolu yoxdur.

Departamentin rolu nədən ibarətdir?

Departamentin rolu aşağıdakıları etməkdir:

  • iddianın yuxarıdakı Cədvəl 1-də hansı itki və ya ziyan kateqoriyasında olduğunu qiymətləndirmək
  • iddia üzrə ödəniləsi təzminat məbləğini təklif etmək
  • hər bir Birgə İddia İştirakçısı ilə təzminatın məbləği ilə bağlı razılığa gəlmək
  • əgər arzu edərsə, mübahisə predmeti olan iddianın yenidən qiymətləndirməsini yerinə yetirmək
  • şikayətçilərin nümayəndəsi ilə birgə ekspert(lər)i seçmək və təsdiq üçün ekspert(lər)i Müvəkkilə təqdim etmək
  • bəzi hallarda birgə iddiaçı ilə ekspertin qiymətləndirməsində iştirak etmək
  • AMMİ-ni həll olunmamış iddialarla bağlı məlumatlandırmaq.

Müvəkkilin rolu nədən ibarətdir?

Müvəkkil prosesə nəzarət edəcək və prosesin sonunda həll edilməmiş qalan hər hansı iddialar üçün ödənilməli təzminat məbləğini müəyyən edəcək.

Prosesə nəzarət zamanı qərarlaşdırılmış məbləğin ödənişinə dair Birgə İddia İştirakçısının öz hüquqlarını təmin etməsi tərzi və ya ödənişə dair Birgə İddia İştirakçısının öz hüquqlarını təmin etməsi ilə əlaqədar hər hansı mübahisənin müəyyən edilməsi tərzi ilə bağlı Müvəkkil ədalətli hesab etdiyi əlavə göstərişləri verə bilər.

Keçmiş Medicare müavinətlərinin əldə olunması təzminatın ödənişinə necə təsir edə bilər?

Geri ödəmə və bildiriş öhdəlikləri, sizə təmin olunmuş, amma ödənişi Medicare tərəfindən edilmiş bəzi peşəkar xidmətlərlə bağlı yaranır.

Əgər Məlumat Sızması nəticəsində sizə ödənilən təzminatın məbləği $5,000-dan çox olarsa və siz Medicare kartının sahibisinizsə, sizə hər hansı təzminatın ödənilə bilməsi üçün Medicare-dən Keçmiş Müavinətlərlə Bağlı Bildiriş istəməlisiniz. Keçmiş Müavinətlərlə Bağlı Bildiriş müraciətinin edilməsi üçün ilk addım Medicare Tarixçə Çıxarışıdır. Bu vebsayta daxil olmaqla, Medicare Tarixçə Çıxarışını əldə etmək üçün müraciət edə bilərsiniz : https://www.servicesaustralia.gov.au/individuals/forms/mo026.

Təzminatın ödənilməsi mənim Centrelink ödənişlərimə təsir edəcək?

Təzminatın təyin edilməsi sizin almaqda olduğunuz hər hansı Centerlink ödənişlərinə təsir edə bilər. Əgər siz Centrelink ödənişləri alırsınızsa, o zaman siz 1800 777 653 və ya 131 202 (Çoxdilli Telefon Xidməti) nömrələri vasitəsilə Centrelink-ə zəng edərək, şəxsi vəziyyətinizə hər hansı mümkün təsiri müzakirə etməlisiniz.

Pulsuz yardımı harada əldə edə bilərəm?

Əgər siz Viktoriyada yaşayırsınızsa:

Refugee Legal

E-POÇT: refugeelegal@refugeelegal.org.au

TEL: (03) 9413 0100

Çərşənbə və ya cümə günləri

10:00 - 14:00

Asylum Seeker Resource Centre

E-POÇT: legal_triage@asrc.org.au

TELEFON: (03) 9274 9827

B.ertəsi - cümə axşamı günləri

14:00-16:00

Əgər siz Yeni Cənubi Uels ştatında və ya Avstraliya Federal Paytaxt Ərazisində yaşayırsınızsa və ya Kvinslenddə saxlanılmısınızsa:

Refugee Advice & Casework Service (Avst) Inc.

E-POÇT: admin@racs.org.au

TEL: (02) 8355 7227

Refugee Legal

E-POÇT: refugeelegal@refugeelegal.org.au

TEL: (03) 9413 0100

Çərşənbə və ya cümə günləri

10:00 - 14:00

Əgər siz Cənubi Avstraliya ştatında və ya Tasmaniyada yaşayırsınızsa:

Refugee Legal

E-POÇT: refugeelegal@refugeelegal.org.au

TEL: (03) 9413 0100

Çərşənbə və ya cümə günləri

10:00 - 14:00

Refugee Advice & Casework Service (Avst) Inc.

E-POÇT: admin@racs.org.au

TEL: (02) 8355 7227

Əgər siz Şimal Ərazisində yaşayırsınızsa:

VƏ YA

Əgər siz Qərbi Avstraliya ştatında yaşayırsınızsa:

Refugee Legal

E-POÇT: refugeelegal@refugeelegal.org.au

TEL: (03) 9413 0100

Çərşənbə və ya cümə günləri

10:00 - 14:00

Circle Green Community Legal

E-POÇT: migration@circlegreen.org.au

TEL: (08) 6148 3636

ŞƏXSƏN:

Çərşənbə axşamı yalnız 14:00-17:00 arası, aşağıdakı ünvanda

Asylum Seeker Hub

Riverview Church

1 Thorogood Street

Burswood WA 6100

Əgər siz Avstraliyada saxlanılmısınızsa:

Asylum Seeker Resource Centre

E-POÇT: legal_triage@asrc.org.au

TELEFON: (03) 9274 9827

B.ertəsi - cümə axşamı günləri

14:00-16:00

Əgər siz Kvinslenddə yaşayırsınızsa və ya yuxarıda qeyd olunan təşkilatlar sizin suallarınıza cavab verə bilmirlərsə, aşağıdakı şirkət ilə əlaqə saxlaya bilərsiniz:

Slater and Gordon Lawyers

E-POÇT: databreach@slatergordon.com.au

TEL: (03) 9602 8658

Əlavə Məlumat

Əgər bu məsələ ilə bağlı hər hansı əlavə suallarınız varsa, AMMİ ilə enquiries@oaic.gov.au e-poçtu vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Əgər sizin AMMİ-nin ingilis dilindən fərqli bir dildə köməyinə ehtiyacınız varsa, lütfən, 131 450 nömrəsi vasitəsilə Yazılı və Şifahi Tərcümə xidmətinə zəng edərək 1300 363 992 nömrəsini soruşun. Hazırda AMMİ çərşənbə axşamları, çərşənbə və ya cümə axşamları saat 10:00-dan 16:00-a qədər telefon müraciətlərini qəbul edir.

Pulsuz tərcümə köməyi

Departament bütün yazışmalarını aşağıda qeyd olunmuş 20 dildən birinə tərcümə edilməsini təşkil edəcək: Prosesin əvvəlində Departament sizinlə əlaqə saxlayaraq, sizdən ingilis dilindən fərqli bir dildə ismarıclar almaq istəyib-istəmədiyinizi soruşacaq.

Departament eləcə də aşağıda qeyd olunmuş dillərdən birində ona təqdim etdiyiniz hər hansı məlumatın ingilis dilinə tərcümə edilməsini təşkil edəcək.

Departament həmçinin bu tərcümə xidmətlərinin xərclərini də ödəyəcək.